XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərhad Rəcəbli 9-cu dəfə Avropa çempionu oldu 
İdman 13:01 / 09.06.2023

İyunun 8-də Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında Avropa çempionatına start verilib. 37 ölkədən 659 (565 kişi, 94 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycanın cüdo vteranları da qüvvələrini sınayırlar. usta cüdoçuları da qüvvələrini sınayacaqlar. Komandamız qitə çempionatında baş məşqçi, 9 qat dünya, 9 qat Avropa çempionu Fərhad Rəcəblinin rəhbərliyi altında 7 yaş kateqoriyası üzrə 35 idmançı ilə təmsil olunur.

Yarışların ilk günündəM5, M6, və M7 yaş kateqoriyaları üzrə 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Veteran cüdoçularımız günü 1 qızıl və 1 bürünc medulla başa vurublar. Qızıl medalı komandamıza M7 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində tatmiyə çıxan Azərbaycanın ən titullu usta cüdoçusu Fərhad Rəcəbli qazandırıb. Bu qələbəSloveniyada öz qalib imicinə sadiq qalan veteran cüdoçumuzun 9-cu Avropa çempionluğu kimi yadda qalıb.

Bürünc medala isə Qabil Qasımov (M6, +100 kq) sahib çıxıb.

İyunun 11-dək davam edəcəkyarışda ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Fariz Hüseynov da yer alıb.



23215 oxunub

InvestAZ