XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Atletlər Komissiyasının növbəti görüşü keçirilib
İdman 12:23 / 09.06.2023

Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının növbəti görüşü baş tutub. Toplantıda idmançı və məşqçi münasibətləri müzakirə olunub, mütəxəssislər üçün psixoloji testlərin təşkili, qarşılıqlı davranış qaydalarının yaradılması haqqında danışılıb, idmana yeni başlayan yeniyetmə və gənclərə qayğı göstərilməsinin vacibliyi də qeyd edilib.

Komissiya heyətinin təklifi ilə məşqçilərin qeydiyyatının aparılacağı yeni bir veb saytın yaradılması haqqında fikir mübadiləsi aparılıb. Saytda qeydiyyatdan keçən mütəxəssislərin sertifikatlaşdırılmasının aparılması da nəzərdə tutulur. Məqsəd gələcəkdə valideynlərin övladları üçün idman növünə uyğun peşəkar məşqçilər seçməkdir.

Qeyd edək ki, görüşdə MOK-un idman idarəsinin direktoru Həsənağa Rzayev, Beynəlxalq Proqramlar şöbəsinin əməkdaşı Ceyhun Rəhmanov, Komissiyanın sədri Rüstəm Orucov (cüdo), komissiyanın katibi Fəridə Əzizova (taekvando), üzvləri Kamran Şahsuvarlı (boks) və Fatimə Əlkərəmova (üzgüçülük) iştirak ediblər.



22485 oxunub

InvestAZ