XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Hasan Arat: “Azərbaycandakı bütün yarışlar mükəmməl səviyyədə təşkil olunub”
İdman 10:33 / 09.06.2023

Bir neçə gün əvvəl Türkiyədə Prezident seçkiləri keçirildi.Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Azərbaycan hər zaman Türkiyənin yanında oldu. Zəlzələdən sonra da azərbaycanlı qardaşlarımız bizə dəstəyini əsirgəmədilər. İlk növbədə başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm. Sizi hər zaman yanımızda hiss etdik. Bu, bizə böyük güc verdi.

Bu sözləri üçüncü Avropa Oyunları Əlaqələndirmə Komissiyasının sədri, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü, Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Hasan Arat iyunun 8-də jurnalistlərə müsahibəsində deyib.

2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarının hər kəs tərəfindən nümunə göstərildiyini deyən H.Arat bildirib ki, həmin vaxt Azərbaycan bütün Avropaya önəmli mesajlar verdi. "İki həftə sonra Polşada üçüncü Avropa Oyunları təşkil olunacaq. Bu turnirlərin davamlı olmasını istəyirik. 2015-ci ildən sonra Azərbaycandakı bütün yarışlar mükəmməl səviyyədətəşkil olunub.Azərbaycan bizim qürurumuzdur və mənim məmləkətimdir. Bura türklərin ana yurdudur. Biz iki dövlət, bir millətik. Azərbaycanın uğuru məni çox qürurlandırır. Burada olmaq bizim üçün xoşdur”, - deyə H.Arat qeyd edib.



23401 oxunub

InvestAZ