XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris Olimpiadasının məşəlinin alovlandırılması mərasiminin vaxtı açıqlandı
İdman 11:05 / 09.06.2023

Paris-2024 Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasiminin vaxtı müəyyənləşib. Mərasim gələn il aprelin 16-da Yunanıstanın Olimpiya şəhərində keçiriləcək. Həmin vaxt yarışın açılış mərasiminə 101 gün qalacaq.

Məşəl alovlandırıldıqdan sonra estafetə start veriləcək. Məşəl təxminən bir həftəyə Afinaya çatdırılacaq. Oradan məşəlin Aralıq dənizi vasitəsilə üçdirəkli "Belem” gəmisi ilə yola salınması planlaşdırılır. Mayın 8-də gəmi Marselə çatacaq. Marsel Olimpiya Oyunları zamanı futbol və yelkən yarışlarına ev sahibliyi edəcək. Sonra məşəl estafeti bütün Fransanı əhatə edəcək.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi gələn il iyulun 26-da təşkil olunacaq.


23833 oxunub

InvestAZ