İdman 09:24 / 09.06.2023
3x3 basketbol üzrə milli komandamızSerbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışındaiştirak edir. Zədə səbəbindən bir müddət komandanın düşərgəsindən ayrı qalan kapitan Amil Həmzəyev də məşqlərə başlayıb. Təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd iyunun 17-18-də Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələ oyunlarına hazırlaşmaqdır.Qeyd edək ki, millimiz Avropa Kubokunun seçmə mərhələsində A qrupunda yerli Kipr, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.
Yığmamızkomanda hazırlıq prosesini iyunun 15-də yekunlaşdıracaq.