XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



MOK-da “Təhlükəsiz idman hamı üçün” mövzusunda forum təşkil olunub
İdman 16:01 / 08.06.2023

İyunun 8-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Təhlükəsiz idman hamı üçün” mövzusunda forum təşkil olunub. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Olimpiya çempionları və müxtəlif idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Forumda layihə çərçivəsində "Təhlükəsiz idman”a aid filmlər silsiləsi, görülmüş digər işlər və gələcək planlar təqdim olunub.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Təhlükəsiz idman”ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib, milli federasiyalarda təhlükəsizlik üzrə nümayəndənin olmasının vacibliyini diqqətə çatdırıb.

Sonra mövzu ilə bağlı təqdimatlar olub.

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov, Azərbaycan Milli Antidopinq Agentliyinin təhsil şöbəsinin müdiri Lalə Hacıyeva, Azərbaycan Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov, "İdman Azərbaycan” kanalının baş direktoru Rövşən Binnətli, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov və digərləri çıxış edərək bildiriblər ki, idmanda nailiyyət əldə etmək üçün yalnız davamlı məşq yetərli deyil. Gücün, rəqabətin, əzmin, qələbənin rəmzi olan idmançılara xüsusi yanaşma olmalıdır. İdmançı üçün tam təhlükəsiz və özünü rahat hiss edə biləcəyi mühit çox vacibdir. BOK və Avropa Olimpiya Komitəsi təhlükəsiz idman məsələsi ilə bağlı federasiyaların yerli Milli Olimpiya komitələri ilə sıx əməkdaşlıq etməsində maraqlıdır və bu istiqamətdə aparılan təbliğat-təşviqat işlərini dəstəkləyir.

Sonra BOK-un prezidenti Tomas Baxın ölkəmizdə "Təhlükəsiz idman” ilə bağlı görülən işlərdən bəhs edən müsahibəsi təqdim olunub.

Tədbir zamanı Azərbaycanda federasiyalarda təhlükəsiz idmanla bağlı vəziyyətə dair aparılan sorğunun nəticələri də açıqlanıb.

MOK "İdman Azərbaycan” telekanalı ilə bir yerdə "Təhlükəsiz idman” mövzusunda beş qısametrajlı film hazırlayıb. Filmlər dopinq, e-idman, manipulyasiya, cinsi təzyiq və təhlükəsiz idman mövzularını əhatə edir. Hazırlanan silsilə qısametrajlı filmlərin də başlıca məqsədi BOK-un təlimat və qaydalarına uyğun olaraq müvafiq sahədə maarifləndirmə aparmaqdır. Bu maarifləndirmə BOK və Avropa Olimpiya Komitəsinin nümayəndələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.



8166 oxunub

InvestAZ