XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tomas Bax: “MOK-un fəaliyyətini yüksək qiymətləndiririk”
İdman 12:11 / 06.06.2023
Taekvondo üzrə 26-cı dünya çempionatında iştirak üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Milli Olimpiya Komitəsinin mətbuat orqanı olan "Olimpiya dünyası” qəzetinə eksklüziv olaraq öz fikirlərini bildirib. BOK-un prezidenti deyib:
"Azərbaycan idman ölkəsi kimi dünyada özünü təsdiq edib. Bu ölkə beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Təbii ki, bütün bu fəaliyyətlər Olimpiya Hərəkatının və idmanın daha da inkişafı və kütləviləşməsi üçün çox vacib bir amildir. Azərbaycanın taekvondo üzrə dünya çempionatına və Dünya Taekvondosunun 50 illik yubiley tədbirinə ev sahibliyi etməsi tarixi hadisədir. Azərbaycan Milli Olimpiya Komitəsi də Olimpiya Hərəkatının inkişafına öz töhfəsini verir. MOK-un fəaliyyətini yüksək qiymətləndiririk. Bizim təşəbbüskarı olduğumuz layihələrin təbliği istiqamətində görülən işlərdən xəbərimiz var. Bütün idman ictimayyəti uşaqların və ümumiyyətlə, hər kəsin idmanla böyük həvəslə məşğul olmaları üçün münasib şəraitin yaradılması istiqamətində əlindən gələni etməlidir. Hamıya idmanda özünü rahat və güvənli hiss etməsi üçün şərait yaradılmalıdır. Əminəm ki, Azərbaycan Milli Olimpiya Komitəsi də dünya Olimpiya ailəsinin fəal və dəyərli üzvlərindən biri kimi bundan sonra da böyük uğurla fəaliyyət göstərəcəkdir”.

24111 oxunub

InvestAZ