XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ASAPES ilə Karlov Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
İdman 10:05 / 02.06.2023

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) nümayəndə heyəti Çexiyanın paytaxtı Praqada səfərdə olub. Səfər çərçivəsində ASAPES-in rektoru Fuad Hacıyev və Çexiyanın Karlov Universitetinin rektoru professor Milena Kraliçkova arasında görüş olub və ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumu imzalanıb.

Beş illik dövrü əhatə edəcək memoranduma əsasən, tərəflər birgə elmi, tədris, texniki, təşkilati, beynəlxalq və digər məsələlərlə bağlı elmi məlumat və nəşrlərin, sənədlərin, tədris materiallarının və digər məlumatların, xüsusi protokollar əsasında həm magistratura, həm də bakalavr pilləsi üzrə tələbələrin, müəllim və inzibati heyətin mübadiləsini həyata keçirəcəklər.

Bundan başqa, Aİ və digər beynəlxalq proqramlara xüsusi istinad edilməklə birgə tədqiqat və layihələrin inkişafı, seminarlar, beynəlxalq görüşlər, intensiv proqramlar və tam birgə kurikulumlar kimi təhsil təşəbbüslərinin inkişafı, dərsliklərin nəşri, habelə mövcud nəşrlərlə bağlı əməkdaşlıq və s. kimi prioritet istiqamətlər üzrə qarşılıqlı işbirliyi də sənəddə öz əksini tapır.


22316 oxunub

InvestAZ