XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatı: bu gün daha üç taekvondoçumuz dayanq üzərinə çıxacaq
İdman 09:49 / 31.05.2023

Bakı Kristal Hollda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha üç taekvondoçusu çempionatda mübarizəyə başlayır.

Yarışda 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.

Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) eyni raundda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.

Qadınların yarışında "Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxacaq. Yarışda 49 kiloqram çəki dərəcəsində gücünü sınayacaq idmançımız 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, millimizin üç üzvü – Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.


24708 oxunub

InvestAZ