XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dmitri Svişev: “Polşanın bizə qarşı münasibətini bilirik”
İdman 18:19 / 23.05.2023
Avropa Olimpiya Komitələrinin qərarı ilə Rusiya və Belarus idmançıları Polşada təşkil oluncaq III Avropa Oyunlarında iştirak etməyəcəklər. Bu qərar hər iki ölkədə böyük səs-küy yaradıb. Rusiya Dövlət Dumasının idman və bədən tərbiyəsi Komitəsinin nümayəndəsi Dmitri Svişev bu barədə fikir bildirib.
"Doğrusu bu qərarı gözləmirdik. Böyük idman yarışlarına buraxıldığımız bir məqamda AOK-un bu cür addımı bizi məyus etdi. Polşanın bizə qarşı münasibətini bilirik. Lakin onlar idmanı siyasətə qatdılar. Təşkilatçı ölkə kimi, bizi Avropa oyunlarında görmək istəmirlər”, - deyə komitə rəsmisi deyib.
Qeyd edək ki, Rusiya Asiya Oyunlarında iştirak etmək üçün bu qitənin ali qurumuna müraciət edib.

23766 oxunub

InvestAZ