XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib
İdman 10:04 / 23.05.2023

Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib. IX turun "Dinamo” – "Təhsil” matçı daha gərgin idman mübarizəsi ilə yadda qalıb. Fasiləyə 1 xal fərqi ilə geridə yollanan "Dinamo” çətinliklə də olsa, vəziyyəti dəyişə bilib – 33:32. Çempionatın lideri "İdman akademiyası” növbəti qələbəni "Məhsul”la oyunda rəsmiləşdirib - 26:23. "Bakı” - U-16 görüşündə isə favorit statusunu təsdiqləyən nominal ev sahibi inamlı qələbə qazanıb – 49:21.

"Təhsil” ilə "Dinamo”nun X turdakı dueli də maraqlı idman mübarizəsi şəraitində keçib. Əsas vaxtı 29:29 hesabı ilə bitən görüşün taleyi penaltilər seriyasında müəyyənləşib. Burada isə daha dəqiq oynayan "Təhsil” IX turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 32:30. "İdman akademiyası” bu turda "Məhsul”a 23:24 hesabı ilə məğlub olduğu halda, "Bakı” U-16 komandası üzərində 37:24 hesablı qələbə qazanıb.

"İdman akademiyası” 57 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Dinamo” liderlə xal fərqini 5-ə endirib. "Təhsil”lə "Məhsul”un hərəyə 44 xalı var. "Bakı” 25 xalla beşincidir. Aktivlərində cəmi 6 xal olan RİOEUGİM və "U-16” autsayderdirlər.


22672 oxunub

InvestAZ