XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakı Olimpiya Stadionu miniturnirə hazırlaşır
İdman 13:23 / 19.05.2023
Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq yarışda 10 komanda iştirak edəcək. Bunlar AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Sponsorlar olacaq. Komandalar hər birində beş kollektiv olmaqla 2 qrupa bölünəcəklər. Birinci yeri tutanlar arasında qalibi müəyyənləşdirmək üçün final oyunu baş tutacaq. Turnirə saat 16:30-da start veriləcək. Final görüşü saat 20:00-da başlayacaq. Matçlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək. Oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona giriş sərbəst olacaq.

23245 oxunub

InvestAZ