XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pəhləvanlarımız Astanada 11 medal qazandılar
İdman 12:11 / 19.05.2023

Astanada Qazaxıstanın Olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilib. Yarışda iştirak edən Azərbaycanın gənc yunan-Roma güləşçiləri11 medala sahib çıxıblar. U-20 yığmamızın üzvləri ümumilikdə 3 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar.

Komandamızın heyətində İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq) və Ruslan Nurullayev (72 kq) qızıl medallara layiq görülüblər. İsmayıl Rzayev (82 kq), Əli Quliyevlə (87 kq) və Məzaim Mərdanov (130 kq) finalda məğlub olaraq gümüş mükafata yiyələniblər. Fərid Sadıxlı (55 kq),Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.



21998 oxunub

InvestAZ