XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında final oyunlarının təqvimi açıqlandı
İdman 15:33 / 17.05.2023

Azərbaycan Basketbol Liqasının final seriyasında oyunların vaxtı müəyyənləşib. Federasiyadan verilən məlumata görə, finalda üz-üzə gələcək "Sabah" və "Gəncə" komandalarının ilk oyunu mayın 20-də "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. Final seriyasının 2-ci görüşü mayın 22-də, 3-cü matçı isə mayın 24-də eyni arenada təşkil olunacaq. Yarışın qaydalarına əsasən super seriyada ən tez üç qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu adına sahib çıxacaq. Bundan əlavə, mayın 19-da NTD və "AAAF Xırdalan" komandaları arasında bir oyundan ibarət 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Çempionatın bütün oyunları saat 19:30-da start götürəcək.


22952 oxunub

InvestAZ