XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ASAPES-də sloveniyalı mütəxəssislə görüş olub
İdman 13:03 / 17.05.2023

Sloveniyanın Koper Elm və Tədqiqat Mərkəzinin direktoru professor Rado Pişot bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) rektor Fuad Hacıyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor Təhminə Tağızadə və akademik heyətlə görüşüb. Görüş zamanı Azərbaycanda qış idman növlərinin inkişafı və bu sahədə ixtisaslı mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıq imkanları, müvafiq tədris planının hazırlanması və bu prosesdə Sloveniya və digər Avropa ölkələrinin təcrübəsindən istifadə imkanları geniş müzakirə olunub.

Qeyd edək ki, inkişaf etməkdə olan bu sahə üzrə kadr hazırlığını beynəlxalq standartlara və tələblərə uyğun şəkildə aparmaq üçün ASAPES əcnəbi mütəxəssislərin cəlb olunması istiqamətində fəaliyyətini davam etdirəcək.


23882 oxunub

InvestAZ