XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Barselona”dan Messi üçün ilk həmlə
İdman 11:18 / 17.05.2023

İspaniyanın "Barselona” klubu keçmiş futbolçusu Lionel Messini komandaya geri qaytarmaq istəyir. Kataloniya təmsilçisinin rəhbərliyi hətta bunun üçün argentinalı ulduz hücumçuya ilk rəsmi təklifini də yollayıb. İspaniya nəhəngi Messiyə 2 mövsümlük rəsmi müqavilə təklif edib. Futbolçu təklifi qəbul edərsə, "Barsa”nın heyətində mövsüm ərzində 25 milyon avro (vergilərdən əvvəl) maaş alacaq.

Qeyd edək ki, mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq argentinalı dünya çempionunun özü də yenidən İspaniyada oynamaq istəyir. Ulduz hücumçu ilə Səudiyyə Ərəbistanının "Əl Hilal” klubu da maraqlanır.


22350 oxunub

InvestAZ