XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqasının ilk finalçısının adına aydınlıq gəldi
İdman 01:40 / 17.05.2023

İtaliyanın "İnter” klubu UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Simono İnzaginin komandası buna "Milan”la yarımfinal oyununda qazandığı 0:1 hesablı qələbədən sonra nail olub. İlk oyunda 2:0 hesablı qələbəyə sevinən "İnter” iki oyunun nəticəsinə görə finala adlayıb. "Cüzeppe Meatsa”da oynanılan Milan derbisində yeganə qolu Lautaro Martines vurub. "İnter” klubu bu qələbə ilə 13 ildən sonra yenidən Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, "İnter” klubunun finaldakı rəqibinin adına bu gün İngiltərənin "Etihad” stadionunda oynanılacaq "Mançester Siti” və "Real” komandalarının oyunundan sonra aydınlıq gələcək.


23798 oxunub

InvestAZ