XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya rəsmisindən açıqlama: “Bakıdakı dünya çempionatında Rusiya və Belarus idmançıları da iştirak edəcəklər”
İdman 17:35 / 16.05.2023

Rusiya və Belarus idmançıları Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında iştirak edəcəklər.

Bu barədə Azərbaycan Taekvondo Fedrasiyasının vitse-prezidenti Nağı Səfərov yarışla bağlı jurnalistlər üçün təşkil olunan mətbuat konfransında bildirib.

Federasiya rəsmisi açıqlamasında Rusiya idmançılarının müəyyən şərtlər əsasında iştirakına icazə verildiyini qeyd edib.” Bakıdakı dünya çempionatında Rusiya və Belarus idmançıları da iştirak edəcəklər. Əslində burada müəyyən şərtlər var. Hələlik yekun siyahını gözləyirik. Burada Rusiya idmançılarının hərbi xidmətdə olması və Ukraynaya qarşı müharibədə iştirak etməsi kimi bəzi məsələlərə baxılacaq”.

Qeyd edək ki, "Öz gücünü alovlandır” şüarı altında sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə və ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti təşkil olunacaq.


22824 oxunub

InvestAZ