XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Göygöl Olimpiya İdman Kompleksi daha bir turnirə ev sahibliyi edir
İdman 10:52 / 11.05.2023

Bu gün Göygöl Olimpiya İdman Kompleksində 13 yaşadək cüdoçular arasında "Yaponiya-Azərbaycan dostluğu” səfir kuboku yarışına start verilib. Yarış Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Cüdo Federasiyasının və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 47 klub, cəmiyyət və idman təşkilatından 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır. 2012-2014-cü illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan turnirdə qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda, yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.


22321 oxunub

InvestAZ