XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Prezident Kuboku-2023”: avarçəkənlərimiz beynəlxalq reqatanı 14 medalla tamamladılar
İdman 18:48 / 06.05.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan avarçəkmə üzrə "Prezident Kuboku-2023” beynəlxalq reqatasına yekun vurulub. Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan sonuncu yarış günündə avarçəkənlərimiz daha 5 medal qazanıblar. Medallardan 1-i qızıl, 1-i gümüş, 3-ü isə bürünc olub. 2009-2010-cu illər təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü iki nəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Sahib Əyyubzadə - Nuran Rəhimli dueti isə yarışları üçüncü yerdə başa vurub.

2005-2006-cı illər təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev - Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev - Amil Süleymanov dueti üçüncü olub.

Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə isə Tunar Cəfərli bürünc medala sahib çıxıb.

Beləliklə, avarçəkənlərimiz üç gün davam edən "Prezident Kuboku-2023" beynəlxalq reqatasını 14 (2 qızıl, 3 gümüş, 9 bürünc) medalla başa vurublar.

Turnirin qalibləri mayın 7-də Bakı bulvarında təşkil olunacaq mükafatlandırma mərasimində medallarla təltif olunacaqlar.


23618 oxunub

InvestAZ