XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Alper Kabakçı: “İdmançılarımızın hazırlıq səviyyəsini burada sınaqdan keçirdik”
İdman 12:41 / 06.05.2023

"Yenidən Qarabağda, Mingəçevirdə olmaqdan məmnunam. Burada olduğum üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədova və bütün məmurlara təşəkkür edirəm”.

Bunu jurnalistlərə müsahibəsində "Prezident Kuboku-2023” beynəlxalq reqatasında Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı deyib.

O, budəfəki yarışda iştirakçıların daha çox olduğunu diqqətə çatdırdı.

"Ötən yarışlardan fərqli olaraq, budəfəki reqatada 20-ə yaxın ölkə iştirak edir. Bu da iştirakçı ölkələrin hər turnirdə artdığını, yarışa marağın böyük olduğunu göstərir. Biz hər zaman qardaş ölkəyik. Bir millət, iki dövlət şüarı ilə çıxdığımız bu yolda burada olmaqdan məmnunluq duyuram. Yarışda iştirak edən idmançılarımız gözəl performans sərgilədilər. Qarşıdakı yarışlar üçün idmançılarımızın hazırlıq səviyyəsini burada sınaqdan keçirdik”, - deyə Alper Kabakçı bildirdi.


23401 oxunub

InvestAZ