XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Gələcəkdə Suqovuşanda Avropa və dünya kubokları da keçirilə bilər”
İdman 11:17 / 06.05.2023

Suqovuşanda keçirilən yarışın görüntülərini Avropa Kanoe Assosiasiyasının və Beynəlxalq Kanoe Assosiasiyasının rəhbərlərinə göstərdik. Bundan sonra onlar bizə söylədilər ki, gələcəkdə Suqovuşanda Avropa və dünya kubokları da keçirilə bilər”.

Bunu jurnalistlərə müsahibəsində "Prezident Kuboku-2023” beynəlxalq reqatasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev bildirib.

O, beynəlxalq qurumların yarışın təşkilatçılıq səviyyəsindən razı qaldıqlarını bildirdi:

"Yarışın ilk gününə Suqovuşanda start verildi. Ardınca isə Mingəçevirdə iştirakçı ölkələrin paradı keçirildi. Beynəlxalq qurumun rəsmilərinə həmin tədbirin görüntülərini göstərdikdə təşkilatçılıq səviyyəsindən razı qaldıqlarını bildirdilər”.

Azərbaycan idmançılarının yarışda uğurla çıxış etdiyini deyən federasiya rəsmisi bu gün keçirilən finallarda da komandamızdan medallar gözlədiyini qeyd etdi.

O, qaliblərə medalların sabah Bakıda təşkil olunacaq mükafatlandırma mərasimində təqdim olunacağını bildirdi,


23735 oxunub

InvestAZ