XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımızın Paris sınağı
İdman 09:10 / 06.05.2023

Bu gün Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında Avropa Kuboku yarışına start veriləcək. İki gün davam edəcək yarışda komandamız 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunacaq.Qızlarda Fidan Əlizadə (57 kq), oğlanlarda isə Nizami İmranov, Nurlan Kərimli, Nicat Şirinov (hamısı 60 kq), İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev (hamısı 66 kq), Qadir Hüseynov, Vüsal Qələndərzadə, Elnur Qasilov (hamısı 73 kq), Ömər Rəcəbli, Aslan Kotsoyev, Məmmədrza Hacızadə (hamısı 81 kq), İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100 kq) mübarizə aparacaqlar.

Komandaya baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcəklər.

Qeyd edək ki, Azərbaycan cüdoçuları mayın 8-dən 10-dək Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.



24472 oxunub

InvestAZ