XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İki boksçumuz 1/8 finalda
İdman 20:46 / 04.05.2023

Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə dünya çempionatı davam edir. Yarışın dördüncü günündə - mayın 4-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Yığmamızın üzvü Tural Sarıyev (48 kq) dünya çempionatında debüt görüşünü Al-Jaleel Jokhuya (Trinidad və Tobaqo) qarşı keçirib. O, rəqibini 4:1 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb. T.Sarıyev növbəti qarşılaşmasında tailandlı Vuttiçai Yuraçaini sınağa çəkəcək. Döyüş mayın 8-nə təsadüf edəcək.

Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz səkkizdəbir final mərhələsinə yüksəlib. O, ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə üz-üzə gələcək. Görüş mayın 7-də baş tutacaq.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı çempionat mayın 14-də bitəcək.



23583 oxunub

InvestAZ