XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: “Bir çox idman növlərində də lisenziya qazanmaq şanslarımız var”
İdman 21:38 / 04.05.2023

"Paris-2024 Yay Olimpiya Oyunlarına az bir vaxt qalıb. Bizim hələki bir lisenziyamız var. Yeganə lisenziyanı atıcımız Ruslan Lunyov qazanıb”.

Bu sözləri jurnalistlərə açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov bildirib. O qeyd edib ki, hər bir federasiya ilə bu baxımdan çalışarkən özlərində müəyyən say formalaşır.

"Ölkəmizdə beynəlxalq tədbirlər keçirilir. Onlardan bir neçəsi də lisenziya xarakterlidir. Ümumiyyətlə, idmançılarımız digər ölkələrdə keçirilən yarışlara da hazırlaşırlar. Biz federasiyalarla işləyərkən maksimum və minimum həddi onlar bildirmişik. Düşünürəm ki, bu il bizim üçün uğurlu il olacaq. Amma təkcə bu il deyil, növbəti il də uğurlu ola bilər. Bir çox idman növlərində də lisenziya qazanmaq şanslarımız var. Bu il lisenziya qazana bilməyən idmançılarımız isə növbəti ildə belə bir şans əldə edəcəklər”, - deyə Fərid Qayıbov bildirib.


24465 oxunub

InvestAZ