XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatında klassiklərin mübarizəsinə start verildi
İdman 00:26 / 04.05.2023

Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatı keçirilir. Yarışların üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.

Klassiklərimizdən ilk olaraq 38 kq, 44 kq, 52 kq, 62 kq və 75 kq-da yer alan idmançılar qüvvələrini sınayıblar. Beş çəki dərəcəsi üzrə keçirilən yarışlarda ümumilikdə 117 idmançı çıxış edib. Gərgin mübarizə şəraitində keçən yarışda Əbdülrəhman Hüseynli (38 kq,ROİL), Hikmət Haqverdiyev (44 kq,Şuşa UGİM), Nihad Məhərrəmov (52 kq,UGİM-2), Nicat Yeyləgalıyev (62 kq, Abşeron) və Riyad İbrahimov (75 kq, Sumqayıt, "Təhsil”)bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.



23697 oxunub

InvestAZ