XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Heydər Əliyev, müasir idman və Olimpiya Hərəkatı” kitabının təqdimatı olub - FOTO
İdman 18:57 / 03.05.2023

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin "Heydər Əliyev, müasir idman və Olimpiya Hərəkatı” kitabının təqdimat mərasimi keçirilib. Kitabda Azərbaycan idmanından, Azərbaycan idman tarixində və onun keçdiyi inkişaf yolunda Heydər Əliyevin əvəzsiz xidmətlərindən, əldə olunmuş idman nailiyyətlərindən bəhs edilir.

Olimpiya çempionları, rəsmilər, professor-müəllim və inzibatı heyət, həmçinin tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra "Ulu öndər Heydər Əliyevin tarixi xidməti" adlı sənədli film nümayiş olunub.

Təqdimat mərasimini giriş sözü ilə açan ASAPES-in rektoru Fuad Hacıyev qonaqlara ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti, idman siyasəti və idman sahəsindəki əvəzsiz xidmətlərindən danışıb.

Müəllif Dilqəm Quliyev "Heydər Əliyev, müasir idman və Olimpiya Hərəkatı” kitabı haqqında məlumatları tədbir iştirakçıları ilə bölüşərək tədbirin təşkilində verdiyi dəstəyə görə Akademiya rəhbərliyinə, eləcə də qonaqlara təşəkkürünü bildirib.

Sonda müəlliflə sual-cavab və müzakirə formatında interaktiv sessiya keçirilib.


24166 oxunub

InvestAZ