XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Prezident Kuboku-2023": Səhhətində problem yaranan idmançı hazırda özünü yaxşı hiss edir
İdman 17:38 / 03.05.2023

Avarçəkmə üzrə "Prezident Kuboku-2023” beynəlxalq reqatasında iştirak etmək üçün Azərbaycana gələn Şimali Makedoniya komandasının üzvü Aleksey Çakareskinin uzun səfərdən sonra səhhətində problem yaranıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb. Həkim müayinəsindən keçən idmançının səhhətində hər hansı bir problemin olmadığı bildirilir. Aleksey Çakareski hazırda komandası ilə birlikdədir.

Qeyd edək ki, mayın 4-7-də Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək.



22595 oxunub

InvestAZ