XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Həndbololçular Azərbaycan kubokunda bir araya gələcəklər
İdman 18:12 / 03.05.2023

Mayın 9-da ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışına start veriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.

Kişilərin turnirində "Bakı”, "Təhsil”, "Məhsul”, "İdman Akademiyası”, "Dinamo”, RİOEUGİM və U-16 qələbə uğrunda mübarizə aparacaq. Qadın həndbolçuların yarışında isə "Azəryol”, "Qarabağ”, "İdman Akademiyası”, "Azərsu” və U-16 kollektivləri güclərini sınayacaqlar.

Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də təşkil olunacaq.


23327 oxunub

InvestAZ