XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda III Autizm Festivalı təşkil olunub
İdman 12:16 / 03.05.2023

Mayın 3-də Fəvvarələr meydanında Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılıgı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə III Autizm Festivalı keçirilib.
Festivalın keçirilməsində məqsəd Autizm sindromu haqqında cəmiyyəti maarifləndirmək və bu sahəyə diqqəti daha da artırmaqdır. Festivalda bu sahədə fəaliyyət göstərən reabilitasiya mərkəzləri və idman klubları öz fəaliyyətlərini ictimaiyyətin diqqətinə çatdırıblar.
Autizm Festivalı Təşkilat Komitəsinin sədri Elnur Məmmədli «olimpiyadunyası.com» saytına festival bərəsində məlumat verib. «Nəzərinizə çatdırım ki, ilk dəfə bu təşəbbüsü 2019-cü ildə uğurla həyata keçirə bildik. Sonrakı ildə isə festivalın keçirilməsində problemlər yarandı. Yəqin ki, xatırlayırınız, həmin vaxt bütün dünyada pandemiya hökm sürürdü. Ötən ilə də bu cür tədbiri həyat keçirməyə müvəffəq olduq. Bu festivalın keçirilməsi təşkilatçılar və ictimaiyyət tərəfindən yüksək qarşılanır. Biz də öz növbimizdə çalaşırıq ki, autizmdən əziyyət çəkən uşaqlara və onların valiydeynlərinə dəstək verək. Autizmli fərdlərin buna çox ehtiacı var. Biz, autizmin fərqindəyik, onların yanındayıq!», - deyə o bildirib.
Xatırladaq ki, tədbirin bədii hissəsində isə incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.


22547 oxunub

InvestAZ