XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bədii gimnastlar bu dəfə Lənkəranda bacarıqlarını nümayiş etdirəcəklər
İdman 10:36 / 03.05.2023

Mayın 6-da Lənkəran Olimpiya İdman Kompleksindəümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşbədii gimnastika üzrə yeddinci bölgələrarası kubok yarışları keçiriləcək. Yarışda "Ocaq Sport” klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir - "Kür” Olimpiya Tədris-İdman Mərkəzindən ümumilikdə 36 gimnast mübarizə aparacaq. İdmançılar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyasında çıxış edəcəklər.

Yarışda balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirəcəklər.



23116 oxunub

InvestAZ