XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yiğmamız dünya çempionatına Ümidlə başladı
İdman 10:05 / 02.05.2023

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatına start verilib. 107 ölkədən 538 idmançının qatıldığı mundialın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov 1/32 final çərçivəsində Suleyman Samqhouli (Mərakeş) ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ü.Rüstəmov növbəti görüşündə türk Batuhan Citfçi ilə üz-üzə gələcək. Qarşılaşma mayın 5-də olacaq. Eldar Quliyev (92 kq) isə 1/32 finalda Ahmad Alteymatla (İordaniya) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatdığından təmsilçimiz dünya çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, dünya çempionatının ikinci günündə daha 3 boksçumuz mübarizəyə qoşulacaq. Malik Həsənov (63,5 kq) Bilgə Kanlı (Türkiyə), Mirşərif Kazımzadə (75 kq) Edvin Ovuor (Keniya), Murad Allahverdiyev (80 kq) isə Şabbos Neqmatullayevi (Tacikistan) sınağa çəkəcək.


22530 oxunub

InvestAZ