XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərimizdən 4 medal
İdman 11:17 / 01.05.2023

Stolüstü tennis üzrə U-13 yığma komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Stolüstü Tennis İttifaqının "Europe youth series” turnirində iştirak edib. Komandamız turniri 4 medalla başa vurublar. Yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxıb. Qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahibinin digər kollektivini 5:0 hesabı ilə üstələyib. Finalda isə Çexiya seçməsinə 1:5 hesabı ilə uduzan idmançılarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

İdmançılarımız turnirinin son günündə daha üç medal qazanıblar. Şəxsi yarışlarda Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2:3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb.

Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda üçüncü yeri tutub.


23576 oxunub

InvestAZ