XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Karateçimiz Avropa çempionu oldu
İdman 10:02 / 01.05.2023

Aprelin 28-dən 30-dək Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa çempionatı keçirilib.

Avropa çempionatında milli komandamız da iştirak edib. Komandamızın kapitanı, ikinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız +84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi dörd döyüşün hamısını qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finala gedən yolda Rumıniya, Gürcüstan və Çex təmsilçisindən üstün olub. Finalda yerli idmançı ilə qarşılaşan Ülvi Məmmədov görüşdən qalib ayrılaraq Avropa çempionu titulunu qazanıb.


24188 oxunub

InvestAZ