XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Formula 1: Daha bir pilot mübarizədən kənar qaldı
İdman 14:18 / 28.04.2023

Daha bir pilot Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə mübarizəni erkən başa vurub. "Haas” komandasının pilotu Kevin Maqnussen bolidində yanacaq sistemində təzyiqin artması nəticəsində yürüşə davam edə bilməyib.

Daha əvvəl "Alpine”nin pilotu Pyer Qasli də mübarizəni dayandırıb.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir.Formula 1 mütəxəssisləri buna "Bakı sindromu” adı veriblər.


21312 oxunub

InvestAZ