XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan kuboku: “Neftçi”nin finaldakı rəqibi “Qəbələ” olacaq
İdman 22:17 / 27.04.2023

Bu gün futbol üzrə Azərbaycan kubokunda ikinci finalçının adına aydınlıq gəlib. "ASCO Arena”da təşkil olunan yarımfinal mərhələsinin cavab oyununda "Səbail” klubu "Qəbələ”ni qəbul edib.

Oyun bölgə təmsilçilərinin 1:0 hesablı qələbəsi ilə yekublaşıb. Oyunda vuruıan yeganə qolun müəllifi penaltidən fərqlənən İsnik Alimi olub.

Xatırladaq ki, bu komandalar arasında Qəbələ şəhər stadionunda keçirilən ilk oyunda "qırmızı-qaralar” 3:2 hesablı qələbəyə sevinmişdilər. Beləliklə, keçirilən iki oyunun nəticəsinə görə, "Qəbələ” komandası tarixində beşinci dəfə finala vəsiqə əldə edib. Bölgə təmsilçisinin həlledici mərhələdəki rəqibi "Turan Tovuz”u mübarizədən kənarlaşdıran Bakının "Neftçi” komandası olacaq.

Final qarşılaşması iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.
22108 oxunub

InvestAZ