XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərimiz qızıl medalın bir addımlığında
İdman 22:58 / 27.04.2023

Xəbər verdiyimiz kimi stolüstü tennis üzrə U-13 yığma komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Stolüstü Tennis İttifaqının "Europe youth series” turnirində iştirak edirlər. əcəklər. 4 idmançı ilə yarışda iştirak edən komandamız finala vəsiqə qazanıb. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız dörddəbir finalda Sloveniya millisini 5-1 hesabı ilə mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə ev sahibinin digər komandaından 5-0 hesabı ilə üstün olan stolüstü tennisçilərimiz finala yüksəliblər. Komandamızın həlledici mərhələdəki rəqibi Çexiya seçməsi olacaq.

Qeyd edək ki, turnirdə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.

Yarışa aprelin 30-da yekun vurulacaq.


22635 oxunub

InvestAZ