XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Neftçi" Azərbaycan Kubokunun finalında
İdman 22:15 / 26.04.2023

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib. Yarımfinal mərhələsində "Turan Tovuz”u üstələyən "Neftçi” tarixində 11-ci dəfə həlledici görüşdə iştirak etmək hüququ qazanıb.

Bir həftə əvvəl Tovuzda 0:1 hesabı ilə məğlub olan "ağ-qaralar” doğma azarkeşlər önündə keçirdiyi cavab matçının son dəqiqələrində vurduğu iki cavabsız qol sayəsində qələbə qazanaraq finala yüksəlib.

Paytaxt təmsilçisi görüşün ilk dəqiqələrində rəqibin qapısına yol tapsa da, VAR-ın müdaxiləsindən sonra qol hesaba alınmayıb.Bakılıların birinci hissədəki cəhdləri nəticə verməyib. Tovuz təmsilçisi son dəqiqələrə qədər rəqibin təzyiqinə tab gətirməyi bacarıb. Hətta "Neftçi"nin daha bir qolu baş hakimin epizoda VAR-da baxmasından sonra ləğv edilib.

Buna baxmayaraq, paytaxt klubu matça əlavə edilmiş dəqiqələrdə ardıcıl iki dəfə fərqlənib. Əvvəlcə 90+3-cü dəqiqədə Emin Mahmudov cərimə zərbəsini dəqiq yerinə yetirib. Beş dəqiqə sonra isə Kenni Sayef "Neftçi"ni finala daşıyan qola imza atıb.

Bakı klubunun finaldakı rəqibi aprelin 27-də baş tutacaq "Səbail" – "Qəbələ" görüşündə müəyyənləşəcək. Bu komandaların Qəbələdəki ilk duelində eyniadlı komanda 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü iyunun 3-də "Bakcell Arena"da təşkil olunacaq.



21623 oxunub

InvestAZ