XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Kuboku: Bu gün ilk finalçının adına aydınlıq gələcək
İdman 09:48 / 26.04.2023

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Bununla da turnirin ilk finalçısı müəyyənləşəcək. Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da sınağa çəkəcək. Mərhələni adlamaq üçün paytaxt klubu ən azı 2 top fərqi ilə qalib gəlməli, bölgə təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.

Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.
21878 oxunub

InvestAZ