XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatında iştirak edəcək Azərbaycan boksçuları açıqlanıb
İdman 11:03 / 26.04.2023

Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatına start veriləcək. 14 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq. Yığmamız mundialda tam heyətlə mübarizə aparacaq.

Məşqçilər korpusu turnirdə Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominges (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.

Aprelin 28-də Daşkəndə yollanacaq komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Millimiz mayın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın püşkü aprelin 30-da atılacaq. Mundialda 100-dən çox ölkədən 700-ədək boksçusunun iştirakı gözlənilir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılacaq.


22006 oxunub

InvestAZ