XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız dünya çempionatına hazırlığın son mərhələsinə start veriblər
İdman 20:36 / 25.04.2023

Cüdo üzrə Azərbaycan millisi Qatarın paytaxtı Dohada keçiriləcək dünya çempionatına hazırlığın son mərhələsinə start verib. Göygöl Olimpiya İdman Kompleksində böyüklərdən və gənclərdən ibarət yığma komandaların birgə təlim-məşq toplanışı keçirilir.

Böyüklərdən ibarət yığma komandanın 42, gənclərdən ibarət millinin isə 32 üzvünün iştirak etdiyi hazırlıq prosesi aprelin 29-dək davam edəcək. Təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Hazırlıq prosesinə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Mövlud Mirəliyev, Mehman Əzizov və Elçin İsmayılov, böyük performans analitik Zaur Babayev, gənclərdən ibarət millinin baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.


22247 oxunub

InvestAZ