XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz inkişaf etməkdə olan ölkələrin dünya çempionatında iştirak edəcək
İdman 17:25 / 25.04.2023

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi inkişaf etməkdə olan ölkələrin dördüncü dünya çempionatında iştirak edəcək.

Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, komandamız aprelin 25-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək yarışda Bolqarıstan və Nigeriya seçmələri ilə eyni qrupda mübarizə aparacaq.

Millimiz baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi altında Bakıda "AHF Arena”da təlim-məşq toplanışında iştirak edib.

Turnirdə Azərbaycan, Bolqarıstan və Nigeriya milliləri ilə yanaşı, Malta, Andorra, Hindistan, Kipr, Moldova, Avstraliya, Böyük Britaniya, Kuba və Qvatemala komandaları da mübarizə aparacaqlar.

Püşkün nəticəsinə əsasən, 12 komanda hərəsində üç kollektiv olmaqla 4 qrupa bölünüb.

Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.


21694 oxunub

InvestAZ