XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tuhel «Bavariya»da işləyə bilmir
İdman 16:55 / 25.04.2023

"Bavariya" bu mövsüm Almaniya çempionluğunu qazana bilməsə, baş məşqçi Tomas Tuhel istefaya göndərilə bilər.

Goal.com saytının yaydığı məlumata görə alman mütəxəssis təyinatından iki ay sonra vəzifəsini itirə bilər. Tuhelin rəhbərliyi altında keçirilən 7 matçda "Bavariya" 3 dəfə məğlub olub, 2 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib. Əvvəlki baş məşqçi Julian Nagelsmann dövründə isə "Bavariya" yalnız 37 oyunda (bütün yarışlarda) 3 dəfə məğlub olmuşdu.

Bundan başqa Münhen təmsilçisj Çempionlar Liqası və Almaniya kubokunu tərk edib.Bundesliqada 29-cu turdan sonra isə "Bavariya” lider "Borussiya”dan (Dortmund) 1 xal geri qalmaqla 2-ci yeri tutur.

Xatırladaq ki, Tuhel martın 25-də "Bavariya”nın baş məşqçisi təyin olunub.



22732 oxunub

InvestAZ