XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Huşunu itirən Kadiyə beyin silkələnməsi və çoxsaylı kəllə sınığı diqanozu qoyulub
İdman 12:19 / 25.04.2023

"Qarabağ”ın keçmiş futbolçusu hazırda "Krasnodar”ın heyətində çıxış edən Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun "Spartak”la oyununda ciddi zədə alıb. Yarımmüdafiəçi ikinci hissənin əvvəlində hava mübarizəsində "Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub. Kadi başını rəqibin çiyninə vuraraq yerə yıxılıb. Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib. Bundan sonra K.Borxes özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə aparıblar. İlkin müayinələrdən sonra futbolçunun beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qaldığı müəyyənləşib. 27 yaşlı braziliyalıya göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənə sinusunun arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub.

Görüş 4:3 hesabı ilə "Spartak”ın xeyrinə başa çatıb.

Qeyd edək ki, Kadi Borxes 2021-2023-cü illərdə "Qarabağ”ın formasını geyinib.



21401 oxunub

InvestAZ