XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



III Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilərimiz müəyyənləşdi
İdman 11:34 / 25.04.2023

Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər müəyyənləşib. Mötəbər yarışda səkkiz karateçimiz medallar uğrunda mübarizə aparacaq. Kişilərin yarışında ölkəmizin idman şərəfini Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) qoruyacaqlar.

Qadınların mübarizəsində Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.

Üçüncü Avropa Oyunlarının karate yarışlarında 20 ölkədən 96 idmançı mübarizə aparacaq.

Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarına iyunun 21-də start veriləcək. Yarışın bağlanış mərasimi iyulun 2-də keçiriləcək. Karate yarışları isə iyunun 22-23-də təşkil olunacaq.


22359 oxunub

InvestAZ