XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



PFL rəsmiləri Avropa Liqalarının 46-cı Baş Assambleyasında iştirak ediblər
İdman 09:44 / 25.04.2023

Çexiyanın paytaxtı Praqada Avropa Liqalarının 46-cı Baş Assambleyası keçirilib. Avropanın 34 ölkəsindən 40 liqanın 80-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Azərbaycanı Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər. Tədbirin ilk günündə PFL rəsmiləri Avropa Liqalarının icraçı direktoru Cakko Svart ilə görüşüblər. Görüş zamanı PFL-in 2013-cü ildən beynəlxalq qurumun tam hüquqlu üzvü olması, son 1 ildə isə əməkdaşlığın daha da yaxşılaşdırılması, eyni zamanda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfərin ilk günündə PFL rəsmiləri 2 seminara qatılıblar. Həmin seminarlarda liqaların ümumi vəziyyəti, 2024-2027-ci illəri əhatə edən proqramlar, futbolda maliyyə dayanıqlılığı mövzusunda müzakirələr aparılıb, digər ölkələrin təcrübəsi öyrənilib.

Avropa Liqalarının Baş Assambleyası səfərin son günündə təşkil olunub. İspaniya La Liqasının prezidenti Xavyer Tebasın çıxış etdiyi yekun görüşdə Danimarka, Norveç, İngiltərə, İtaliya kimi ölkələrin nümayəndələri də təcrübələrini bölüşüblər.

Qeyd edək ki, səfər zamanı PFL nümayəndələrinin tədbirdə iştirak edən bir sıra liqaların rəhbərliyi ilə görüşü də olub.


22227 oxunub

InvestAZ