XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Qran Prisinin bütün tribuna biletləri satılıb
İdman 10:55 / 25.04.2023

Formula 1 üzrə Azərbaycan Qran Prisinin bütün tribuna biletləri satılıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib. Bildirilib ki, "Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və Azərbaycanın yeddinci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran Prisinə bütün tribuna biletləri alınıb.

Budəfəki yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeşlərin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 28-də start götürəcək Formula 1 Azərbaycan Qran Prisi bu il ilk dəfə olaraq Sprint yarışına da ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran Prisi bazar günü təşkil olunacaq.


21267 oxunub

InvestAZ