XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sərbəst güləş yığmamız Avropa çempionu oldu
İdman 23:51 / 19.04.2023

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə yığma 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə isə 4-cü qitə çempionluğudur.

Kollektiv medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Yığma həm də bu göstərici üzrə son 4 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.


22030 oxunub

InvestAZ