XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: "Mançester Siti" və "İnter" yarımfinalda
İdman 08:23 / 20.04.2023

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Son iki cavab oyunundan sonra yarımfinalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib. İngiltərədəki ilk görüşdə Almaniyanın "Bavariya" klubunu darmadağın edən "Mançester Siti" ikinci qarşılaşmada heç-heçə edərək növbəti mərhələyə vəsiqə qazanıb -1:1.

Digər cütdə isə "İnter" İtaliyada Portuqaliyanın "Benfika" klubu ilə bərabərə qalmaqla ən güclü 4 komanda arasına düşməyi bacarıb -3:3. Milan təmsilçisi Lissabondakı ilk görüşdə rəqibindən üstün olmuşdu.

Qeyd edək ki, daha əvvəl İspaniya "Real Madrid"i ilə İtaliya "Milan"ı yarımfinala adlayıb. Finala gedən yolda "kral klubu" "Mançester Siti" ilə, "rossonyerlər" isə "İnter"lə qarşılaşacaq. Bu raundun qarşılaşmaları 9-10 və 16-17 mayda oynanılacaq.

Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunacaq.



23452 oxunub

InvestAZ