XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tələbə Basketbol Liqasının finalçılarının adına aydınlıq gəldi
İdman 18:20 / 19.04.2023

Aprelin 19-da Azərbaycan Texniki Universitetinin idman zalında "TamGənc” Tələbə Basketbol Liqasının yarımfinal oyunları keçirilib.ABB-nin sponsorluğu iləkeçirilən ilk yarımfinal qarşılaşmasında Azərbaycan Texniki Universitetinin (ATU) komandası, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) komandasına 114-60 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. İkinci yarımfinal görüşündə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası, Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) komandasına 102-82 hesabı ilə qalib gəlib və ikinci finalçı olub.

Qeyd edək ki, "TamGənc" Tələbə Basketbol Liqasında aprelin 21-də 3-cü yer uğrunda görüş (ADİU -ADNSU), aprelin 23-də isə final oyunu (ATU-ADBTİA) təşkil olunacaq.



21522 oxunub

InvestAZ